Azərbaycan Pakistanla əməkdaşlığı genişləndirmkdə maraqlıdır

19.11.2018 09:16

Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından biri olan Kay2TV-nin Biznes-Raund proqramının qonağı olub.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, daha çox Azərbaycan və Pakistanın iqtisadi-ticari əlaqələrinin inkişafı perspektivlərinə yer verilən proqramda Azərbaycanın Pakistanla bu sahədə də əməkdaşlığının artırılmasında maraqlı olduğu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgi, biznes forum və görüşlərin, qarşılıqlı səfərlərin baş tutduğunu, cari ildə ticarət dövriyyəsində artımın müşahidə olunduğu bildirilib.

Səfir həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qruplarının yaradıldığını, viza rejiminin Pakistan vətəndaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.

Səfir Əli Əlizadə həmçinin, Azərbaycan-Pakistan siyasi münasibətlərinin daim inkişafı, hər iki ölkənin bir birinə göstərdiyi dəstək, təhsil sahəsində həyata keçirilən işlər, Azərbaycanın turizm potensialı, mədəniyyəti, terrorla mübarizə sahəsində Pakistanla həyata keçirilən işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında da tamaşaçıları məlumatlandırıb.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR