Hindistanda ibadət evində partlayış törədilib, ölənlər və yaralananlar var

18.11.2018 17:16

Hindistanın Racanasi qəsəbəsində ibadət evində törədilən partlayış nəticəsində 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, üzlərində maska olan iki nəfər motosikletlə ibadət evinin qarşısına gələrək içəri qumbara atıblar. Həmin vaxt ibadət evində dini mərasim keçirilirmiş. Cinayətkarlar partlayışı törətdikdən sonra qaçaraq gizləniblər.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR