Fransada etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb

18.11.2018 16:15

Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb. 

Xezerxeber.az-ın məlumatına görə, onlardan 14-nün vəziyyəti ağırdır. Nümayişlər zamanı, həmçinin polis əməkdaşlarından və yanğınsöndürənlərdən 28 nəfəri yaralanıb. İzer departamentində bir nəfər həlak olub.

Etiraz aksiyaları ölkənin iki mindən çox şəhər və qəsəbəsində keçirilib, 280-dən çox nümayişçi saxlanılıb.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR