Bu il Türkiyədə 100 təhlükəli terrorçu məhv edilib

18.11.2018 15:18

Türkiyə təhlükəsizlik qüvvələrinin cari il yanvarın 1-dən noyabrın 17-dək PKK/KCK terror təşkilatlarına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında 73-ü axtarışda olan 100 təhlükəli terrorçu məhv edilib.

Təhlükəli terrorçuların yerinin aşkar edilməsi üçün müəyyən olunan vəsaitdən 82 milyon 600 min Türkiyə lirəsi mükafat olaraq xərclənib.

Ən son məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri qırıcılarının noyabrın 18-də İraqın şimalındakı Zap və Sinat-Haftanin bölgələrində yerləşən terror düşərgələrinə endirdiyi zərbələr nəticəsində 6 PKK terrorçusu məhv edilib.

Bundan başqa, Diyarbəkir Baş Prokurorluğunun FETÖ/PDY terror təşkilatlarına qarşı qaldırdığı cinayət işi əsasında 44 nəfər haqqında həbs qətimkan tədbiri seçib. Onlardan 41-i həbs olunub, 3 nəfər haqqında axtarış elan edilib. (AZƏRTAC)

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR