Rusiyada yük qatarı avtobusla toqquşub: 7 ölü, 2 yaralı var

18.11.2018 14:37

Rusiyanın Saratov vilayətində yük qatarının sərnişin avtobusu ilə toqquşması nəticəsində Özbəkistanın beş vətəndaşı həlak olub.

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Saratovdan Qazaxıstanın Uralsk şəhərinə gedən avtobusda, həmçinin iki Qazaxıstan vətəndaşı ölüb, iki sərnişin isə yaralanıb.

Məlumatda deyilir ki, hazırda Özbəkistan vətəndaşlarının tanınması və onların vətənə gətirilməsi istiqamətində iş aparılır. (AZƏRTAC)

© xezerxeber.az


97 dəfə oxunub

ÇOX OXUNANLAR