Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Rusiyaya qarşı YENİ MÜHARİBƏ MEYDANI: Lavrov Qərbin planlarını açdı

17.11.2018 14:56

Qərb Balkan regionunu inadla Rusiyaya qarşı daha bir müharibə meydanına çevirmək cəhdlərinə təşəbbüs edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Serb teleqrafı” qəzetinə müsahibəsində bildirib.

Nazir xatırladıb ki, Qərb "soyuq müharibə” bitdikdən sonra Avroatlantik məkanda bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşması üzrə birgə işdən imtina etdi.

"Bunun əvəzinə, Qərb ölkələri Avropa qitəsində yeni bölücü xətlərin yaradılmasını seçdi. Məsələn, 1999-cu ildə beynəlxalq hüququ kobud şəkildə pozaraq iki ay yarım ərzində Yuqoslaviyanı bombaladılar və sonra təcavüzü qanuniləşdirmək üçün birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonun müstəqilliyini tanıdılar”, - Lavrov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin fevralında Kiyevdəki dövlət çevrilişi anti-Rusiya siyasətinin tərkib hissəsi idi.

"Təəssürat formalaşır ki, Qərbdə Ukrayna faciəsindən dərs götürməyiblər. Bu gün inadla Rusiyaya qarşı daha bir müharibə meydanını Balkanlarda yaratmağa cəhd göstərirlər. Region ölkələrindən israrla seçim etməyi tələb edirlər: ya Moskva, ya da Vaşinqtonla və Brüssel”, - diplomat deyib./publika.az

© xezerxeber.az


110 dəfə oxunub

ÇOX OXUNANLAR