MKİ Trampa AÇIQLADI: Qaşıqçının öldürülməsini o, əmr edib - ŞOK İDDİA

17.11.2018 12:31

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) səudiyyəli jurnalist Camal Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

Bu haqda MKİ-dəki mənbəyə istinadən "Vaşinqton Post” nəşri yazıb.

"Bu işin içində şahzadənin olduğuna dair dəlillər ABŞ prezidenti Donald Trampa gizlicə göstərildi, ancaq Trampın cinayət əmrini Məhəmməd bin Salmanın verdiyinə dair hələ şübhələri var idi”, - mənbə bildirib.

Qeyd edilir ki, Ağ Evin başçısı MKİ və Dövlət Departamentinin rəhbərliyindən Qaşıqçının cəsədinin harada olduğunu soruşub, lakin cavab almayıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öIdürülüb./publika.az

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR