“Çin tələblərimizə boyun əyməsə...” - Vaşinqton şərt qoydu

17.11.2018 12:21

"ABŞ Çinlə olan ticarət mübahisəsində geriyə addım atmayacaq və hətta Pekin ABŞ-ın tələblərinə boyun əmyəyincə, Vaşinqton Çin mallarına qarşı gömrük rüsumlarını ikiqat artıra bilər"

Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bu gün Papua-Yeni Qvineyada keçirilən Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Sammitində çıxışı zamanı deyib. O, bildirib ki, regiondakı ticarət və təhlükəsizlik məsələlərinə görə Çn məsuliyyət daşıyır.

"Biz Çinlə ticarətimizdəki kəsiri balanslamaq üçün həlledici addım atdıq. Çindən idxal olunan məhsullara 250 milyard dollarlıq tarif qoyduq və bu rəqəmi ikiqat artıra bilərik. Çin öz yollarını dəyişməyincə, ABŞ da bu kursunu dəyişməyəcək”, – deyə Pens vurğulayıb.

Lakin Pensin bu açıqlaması ABÇ prezidenti Donald Trampın dünənki bəyanatına ziddir. Tramp bildirib ki, Pekin ikitərəfli ticarətdə gərginliyin azaldılması üçün görə biləcəyi tədbirlər siyahısını Vaşinqtona göndərdikdən sonra Çinə qarşı yeni tariflər tətbiq etməyə bilər.

Qeyd edək ki, Trampla Çin lideri Si Tsinpin bu ayın sonunda Argentinada keçiriləcək G20 sammitində görüşəcəklər. Görüşdə Çinlə ABŞ arasında yeni ticarət müqaviləsinin imzalanacağı gözlənilir./azvision.az

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR