Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

17 yaşlı qızını Facebook-da 9 arvadlı kişiyə satdı

15.11.2018 15:58

Sudanın cənubundakı Yirol bölgəsində yaşayan 17 yaşlı Nyalong Ngong Deng Jalangı valideynləri Facebook-da satıblar.

 "17 yaşlı, ucaboylu, gözəl, bacarıqlı, bakirə qız satılır!" sloqanı ilə Facebook-da satışa çıxarılmış Nyalonqu 46 yaşlı iş adamı Kok Alat satın alıb.

O, Nyalonq üçün 500 inək, 3 offrouder avtomobil və 10 min dollar təklif edərək hərracda qalib gəlib.

Hərracda Alatın 5 rəqibi vardı. Rəqiblərdən biri Cənubi Sudandakı ştatlardan birinin qubernatorunun müavini Devid Mayom Riak idi.

Riak qıza görə 250 inək təklif etmişdi.

"Əvvəllər qonşu olduğumuz üçün bu ailəni əla tanıyıram. Nyaloq hələ uşaq olanda onun valideynlərinə "qızınızı alacağam" demişdim. Alınmadı", - Riak söyləyib.

Kok Alatın 9 arvadı var. Onun Nyaloqla toyu Fridom Hollda olub.

Facebook-dakı "hərrac"la bağlı bütün informasiyalar silinib./milli.az

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR