Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Fransa hökuməti Donald Trampın tənqidi tvitlərinə şərh verib

14.11.2018 19:20

Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo ABŞ prezidenti Donald Trampın Fransa və prezident Emmanuel Makronun ünvanına səsləndirdiyi tənqidi tvitlərinə ingilis dilində şərh vermək qərarına gəlib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Benjamen Qrivo nazirlər şurasının iclasının nəticələri ilə bağlı brifinqdə bu ərəfədə ölkədə terror aktlarının ildönümünün keçirildiyini qeyd edib və elementar nəzakət qaydalarını xatırladıb. "Mən bu tvitlər haqqında iki kəlmə deyəcəyəm. Dünən noyabrın 13-ü idi, biz üç il əvvəl Parisdə 130 vətəndaşımızın öldürülməsi hadisəsini xatırladıq. Buna görə də mən ingiliscə cavab verəcəyəm: сommon decency (adi nəzakət qaydası)”, - Qrivo belə deyib.

Noyabrın 13-də Donald Tramp özünün "Twitter” səhifəsində Amerika şərabına yüksək ixrac rüsumlarına görə Fransanı tənqid edən bir neçə qeyd yazıb. ABŞ prezidenti, həmçinin Makronun ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün ümumi Avropa ordusunun yaradılması barədə ideyasını da tənqid edib, Fransa prezidentinin reytinqinin aşağı olduğunu xatırladıb.

© xezerxeber.az


114 dəfə oxunub

ÇOX OXUNANLAR