Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

13.11.2018 19:22

Astanada Qazaxıstan Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə "Astana Klubu”nun IV görüşü keçirilir.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Nursultan Nazarbayev beynəlxalq problemlərin müzakirəsində bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı 2020-ci ildə Astanada Ümumdünya Ticarət Təşkilatı üzvlərinin toplantısının keçiriləcəyini söyləyib. O, Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını və bunun üçün Astanada 2020-ci ildə təhlükəsizlik və əməkdaşlıq mövzusunda konfransın keçirilməsini də təklif edib. Prezidentin sözlərinə görə, bu istiqamətdə danışıqlar 2019-cu ildən başlanmalıdır.

Xatırladaq ki, "Astana Klubu” aparıcı ekspertləri, siyasətçiləri və diplomatları bir araya toplayan beynəlxalq siyasi platformadır. Bu ilki görüşdə 33 ölkədən 50-dən çox nümayəndə iştirak edir.

© xezerxeber.az

FOTOQALERIYA






143 dəfə oxunub

ÇOX OXUNANLAR