Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Vladimir Putin: Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir

12.11.2018 20:06

Rusiya Prezidenti Vladimir Putinin Dağıstanda keçirilən "Rusiya – İslam dünyası” Strateji Yanaşma Qrupunun növbəti iclasının iştirakçılarına ünvanlandığı təbrik məktubunda deyilir: "Rusiya Federasiyası həm ikitərəfli formatda, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”.

AZƏRTAC-ın məlumatına görə, məktubda qeyd edilir ki, gündəlikdə duran bir çox ən mühüm qlobal və regional məsələlərdə Rusiya ilə müsəlman aləmi ölkələrinin mövqeyi olduqca yaxındır. Rusiya Prezidentinin müraciətində daha sonra deyilir: "Biz qanunun aliliyinə əsaslanan və ayrı-seçkiliyin, öz şərtlərini güc yolu ilə qəbul etdirmənin, iqtisadi və informasiya təzyiqinin hər hansı təzahürlərinin olmadığı ədalətli və demokratik dünya nizamının qurulması naminə birgə çıxış edirik”.

Dövlət başçısının fikrincə, Rusiya ilə İslam ölkələri arasında konstruktiv ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq, yerli münaqişələrin və böhran vəziyyətlərinin nizamlanmasında qarşılıqlı tərəfdaşlıq əlaqələri yaranıb.

V.Putin əmin olduğunu bildirib ki, terrorçu və ekstremist ideologiyasına qarşı müqavimətə həsr olunan iclasın iştirakçıları faydalı praktik təcrübə mübadiləsi aparacaq, birgə fəaliyyətin perspektiv forma və istiqamətlərini müəyyən edəcəklər.

Xatırladaq ki, Dağıstanın paytaxtı Mahaçqalada Tatarıstan Prezidenti Rüstəm Minnixanovun sədrliyi ilə "Rusiya – İslam dünyası” Strateji Yanaşma Qrupunun 4-cü iclası keçirilir.

İclasın əsas mövzusu "Gənclərin təhsili vasitəsilə ekstremizmə müqavimət” adlanır. İclasın yekununa dair Bolqarıstan İslam Akademiyasının bazasında Rusiya-müsəlman birgə "Gələcək liderlər akademiyası”nın yaradılacağı gözlənilir. Həmçinin terror təhdidləri və təhlükəsizliyə qarşı çağırışların artması kontekstində Rusiya və müsəlman ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

© xezerxeber.az


136 dəfə oxunub

ÇOX OXUNANLAR