Efiopiyada təhlükəsizlik xidmətinin 40-a yaxın əməkdaşı saxlanılıb

12.11.2018 19:59

Efiopiyada təhlükəsizlik xidmətinin 36 əməkdaşı saxlanılıb. Onlar rüşvətxorluqda və insan haqlarını pozmaqda ittiham edilirlər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Efiopiyanın baş prokurorluğu məlumat yayıb.

Beş ay aparılan istintaq müddətində polis Əddis-Əbəbədə yeddi qeyri-qanuni yeraltı həbsxana aşkar edib. Bu həbsxanaların işgəncələr üçün istifadə olunduğu güman edilir.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR