Melbrunda bıçaqla insanlara hücum etmiş şəxs partlayış törətmək istəyib

10.11.2018 09:09

Avstraliya polisi noyabrın 9-da Melbrun şəhərində polislərə bıçaqla hücum edən şəxsin avtomobilindəki qaz balonlarını da partlatmaq istədiyini bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "ABC News” telekanalı məlumat yayıb.

Viktoriya ştatının polis rəisi Qrem Eştonun sözlərini sitat gətirən telekanal bildirir: "Avtomobilini yandıran həmin şəxs çox güman ki, oradakı balonları partlatmağa çalışıb. Cinayətkarın əsas məqsədi partlayış törətmək olsa da, o, bunu həyata keçirə bilməyib”.

Xatırladaq ki, noyabrın 9-da Melburnda bıçaqla silahlanan şəxs polis əməkdaşlarına hücum edib. Kütləvi-informasiya vasitələrinin məlumatına görə, Suonston-strit küçəsində qarışıqlıq buradakı avtomobillərdən birinə od vurulmasından sonra başlayıb. Müşahidə kameralarındakı görüntülərdən də məlum olur ki, bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Polis hücum edən şəxsə atəş açmaq məcburiyyətində qalıb.

Avstraliya polisi bəyan edib ki, bu hadisə terror aktıdır. Baş verənlərə görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR