Tarixi dəyişəcək kəşf: 40 min illik qayaüstü rəsmlər tapıldı - FOTO

09.11.2018 16:16

Cənub-qərbi Asiyanın Borneo adasında bir mağarada tarixi dəyişəcək kəşfə imza atılıb.

Mağarada bu günə qədər tapılan ən qədim heyvan şəkilləri aşkar edilib. Ehtimal edilir ki, bu qayaüstü rəsmlər ən qədim rəsmlərdir. Rəsmlərdə real heyvanlar və əşyalar canlandırılıb.

BBC-nin xəbərinə əsasən, mütəxəssislər rəsmdə hansı heyvanın təsvir edildiyini dəqiqləşdirə bilməyiblər. Amma ehtimal edilir ki, qayaya bir Malayziya inəyi həkk edilib.

Malayziya vəhşi inəyi bu gün də hələ də regionda var. Borneo adası siyasi olaraq Malayziya, İndoneziya və Bruney arasında bölünüb. Qayaüstü rəsmlər İndoneziyaya məxsus Şərqi Kalimantan bölgəsindəki dağlardan birindəki mağarada kəşf edilib.

Mağaralarda tarixdən əvvəlki dövrə aid minlərlə rəsm, xət və digər təsvirlər kəşf edilib. Bunların arasında əl şablonları, heyvanlar, işarələr və simvollar var. Tədqiqata rəhbərlik edən Avstraliyanın Qriffit universitetinin alimi Maksim Obert deyib:

"Bu günə qədər tapılan ən qədim qayaüstü rəsmlərdir. Bu heyvanı hələ də ayırd edə bilməmişik. Ehtimal edirik ki, Borneo meşələrində hələ də yaşayan vəhşi inək növüdür. Rəsmlərin ən azı 40 min yaşı var”. (Olke.az)

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR