Müharibə GERİ GƏLİR: ABŞ-a getməkdən imtina etdilər

08.11.2018 15:33

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib.

Bu haqda Cənubi Koreyanın xarici işlər naziri Kan Kyun-hva bildirib.

Onun sözlərinə görə, görüşdə ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında ikinci sammitin keçirilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələləri müzakirə olunmalı idi. Nazir Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, Mayk Pompeo oktyabrın əvvəlində Pxenyanda səfərdə olub. Adsız mənbələrə istinadən Yaponiyanın "Yomiuri” qəzeti bildirib ki, Kim Çen In 1950-1953-cü illər Koreya müharibəsinin dayandırılması haqqında rəsmi bəyannamə imzalanmadan yoxlamaların keçirilməsi üçün nüvə obyektlərinin siyahısını Pompeoya verməkdən imtina edib. KXDR lideri vurğulayıb ki, denuklearizasiya üçün hər şeydən əvvəl Vaşinqton və Pxenyan arasında etibarı inşa etmək lazımdır.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənəd imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb./publika.az

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR