İranın Çabahar limanı sanksiyalardan azad edilib

08.11.2018 14:30

ABŞ İranın Sakit Okean sahilində yerləşən Çabahar limanını sanksiyalardan azad edib.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir. Bildirilir ki, ABŞ Hindistan və Çinin bu limandan istifadə edərək Əfqanıstan ilə ticarət əlaqələrini nəzərə alır. Əfqanıstanda sabitliyin yaradılmasının və iqtisadi inkişafın ABŞ-ın milli maraqları dairəsinə daxil olduğu üçün bu dövlətin ticarət əlaqələri məhdudlaşdırılmır.

Xatırladaq ki, Çabahar limanı İranın özü üçün də strateji əhəmiyyət daşıyır. İran Cənub-Şərqi Asiya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrini məhz bu liman vasitəsilə həyata keçirir. Bu liman Hindistan və Çin üçün də mühüm əhəmiyyət kəsb edir. Bu dövlətlər liman vasitəsilə yalnız Əfqanıstan ilə deyil, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələrini davam edirlər. Hindistanın Çabahar limanının yenidən qurulmasına 2 milyard dollar həcmində kredit ayırması da təsadüfi xarakter daşımır.

Qeyd etmək lazımdır ki, Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da xüsusi rola malikdir. Asiya ölkələrindən Avropaya daşınan yüklər bu limanda qatarlara yüklənib, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.

© xezerxeber.az


79 dəfə oxunub

ÇOX OXUNANLAR