Prezidentin korteji qəzadan son anda yayındı

22.10.2018 18:14

Hətta sürücü qadının arxasınca qışdırır ki, "qulaqcığı qulağından çıxar, ay toyuq”

Belarus prezidenti Aleksandr Lukaşenko Qrodno şəhərinə gedən zaman hadisə baş verib.

18 oktyabrda prezidentin korteji keçən zaman az qala bir qadını vuracaqmış.

Qadın qulağında qulaqcıq olduğu üçün gələn kortejin səsini eşitməyib və yola özünü atıb. Amma sürücülərdən biri sürəti azaltdığı üçün avtomobil qadını vurmayıb. Bu hadisə yolda olan digər sürücülərin videoregistratoruna yazılıb. Sürücülər də bu vəziyyətdən stress keçiriblər. Hətta sürücü qadının arxasınca qışdırır ki, "qulaqcığı qulağından çıxar, ay toyuq”. Qadın isə heç kimə fikir vermədən yoluna davam edir./sputnik.az

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR