Azərbaycanın Qətərdəki səfiri bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb

21.10.2018 14:36

Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayilov bu ölkənin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim Al Tani ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Qətər iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qətər ticarət dövriyyəsinin inkişafından məmnunluq ifadə olunub.

Səfir bu il oktyabrın 8-dən 10-dək Qətərdə keçirilmiş I Beynəlxalq Məhsullar Sərgisində Azərbaycan şirkətlərinin iştirakına toxunaraq, qarşılıqlı olaraq bu növ tədbirlərdə iştirakın və səfərlərin təşkilinin ikitərəfli əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qətərli nazir Azərbaycan-Qətər ticarət və iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirərək, bu istiqamətdə səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

© xezerxeber.az


199 dəfə oxunub

ÇOX OXUNANLAR