Melania Trampın müsahibəsi ŞOK ETDİ: "Məni maraqlandırmır"

20.10.2018 19:07

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp ABC Nyus kanalına müsahibə verib. ABŞ-ın birinci xanımı müsahibədə həyat yoldaşı ilə münasibətləriylə bağlı sualları da cavablandırıb.

Müsahibənin ən diqqət çəkən məqamı Melania Trampın Donald Trampa aşiq olub-olmadığı ilə bağlı suala cavabı olub.

Birinci xanım bu suala "Hə, yaxşıyıq, hə” cavabını verib.

M.Tramp həmçinin həyat yoldaşının münasibətləri ilə bağlı iddialar barədə fikirlərini bölüşüb. O bu barədə düşünmək üçün vaxtının olmadığını və görüləcək daha vacib işlərinin olduğunu deyib. M.Tramp insanların onların münasibətləri haqqında çox danışdıqlarını deyib.

M.Tramp həyat yoldaşının başqa qadınlarla cinsi münasibət iddiaları ilə bağlı suala "məni maraqlandırmır” cavabını verib.

D.Tramp və Melania cütlüyü 2005-ci ildə ailə qurub. 2006-cı ildə Barron Tramp adını verdikləri oğulları dünyaya gəlib./publika.az

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR