Dünya nüvə müharibəsinə doğru: Nazarbayevdən SOS

20.10.2018 13:17

Sanksiyalar, ticarət müharibələri və yüksək mübahisəlik şəraitində beynəlxalq siyasət gərginliyin pikinə nail olub.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, ASEM (Asiya-Avropa) sammitinin plenar sessiyasında çıxışında bildirib.

O, mövcud geosiyasi vəziyyəti Karib böhranı (SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirən gərginlik - red.) ilə müqayisə edib. Nazarbayev qeyd edib ki, ABŞ, Rusiya, Çin, Avropa İttifaqı və başqa dövlətlər dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün sammit çağırmalıdır.

"Əgər Suriya, Ukrayna və başqa ölkələrdə problemlərin nizama salınması ilə məşğul olmasaq, vəziyyət daha da pisləşəcək. Ballistik raketlərin yayılması təhlükəsi mövcud olduqca, beynəlxalq terrorizm əsas problem olaraq qalacaq”, - Qazaxıstanın dövlət başçısı deyib./publika.az

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR