Səudiyyədə iki istefa

20.10.2018 12:52

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib.

Bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

Agentliyin digər məlumatına görə, kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.

Bundan əvvəl Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib./publika.az

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR