Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər

19.10.2018 15:48

"Press” xəbər saytında Riqa Mərkəzi Bazarından geniş reportaj dərc olunub. Təbii çayların, keyfiyyətli meyvə və tərəvəzlərin satışı və əhali tərəfindən istehlakına həsr olunmuş reportajda Azərbaycan narına xüsusi diqqət ayrılıb.

"Azərbaycan narı qiyamətdir!” yarımbaşlığında qeyd olunur ki, yerli bazarda satılan narlar arasında ən dadlısı və keyfiyyətlisi məhz Azərbaycan narıdır. Satış nöqtələrində dequstasiya üçün də nar təqdim olunur və alıcılar bu meyvəni kiloqramla alır. Hətta qabaqcadan böyük həcmdə sifarişlər də qəbul olunur.

Riqa Mərkəzi Bazarı şəhərin turistləri üçün maraqlı olan tarixi yerlərindən biridir. Burada hər gün çoxsaylı yerli və xarici vətəndaşlar alış-veriş edirlər. Turistlər arasında payız aylarında isveçlilər, almanlar və italyanlar üstünlük təşkil edir. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR