Kerçdə kollecdə qurbanların sayı 20-yə çatdı

18.10.2018 10:19

Kerçdə Politexnik kollecdə həlak olanların sayı 20-yə yüksəlib. Bu barədə TASS agentliyi şəhər administrasiyasının nümayəndəsi Dilavər Melqazhiyevə istinadla bildirib.

O, həmçinin bütün qurbanların identifikasiya oldunduğunu bildirib.

Xatırladaq ki, dünən silahlı yeniyetmə Vladislavi Roslyakov tənəffüs zamanı texnikuma daxil olaraq ikinci mərtəbəyə qalxıb və tələbələrə atəş açıb. Güllələri qurtardıqda isə birinci mərtəbəyə düşərək əldəqayırma bombanı partladıb. Sonra isə özünü güllələyib.

Son məlumatlara görə, qətliam nəticəsində 15 tələbə və kollecin 5 əməkdaşı həlak olub. Bundan başqa, 44 nəfər yaralanıb. Onlardan 12-si reanimasiya şöbəsindədir. 7-nin vəziyyəti ağır qiymətləndirilir.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR