Tramp İranla bağlı sanksiyaları təxirə salır - “The New York Times”

18.10.2018 10:16

Bu barədə "The New York Times” qəzeti məqalə yayımlayıb.

Qəzetdə yayımlanmış yazı ABŞ prezidenti Donald Trampın İranla bağlı sanksiyalarının təxirə salacağını iddia edib.

Məqalənin arqumentasiyasına görə, son vaxtların gündəmi olan "Qaşıqçı skandalı” ilə bağlı Səudiyyə Ərəbistanının nüfuzunun sarsılması və bütün "oxların” onlara qarşı çevrilməsi Trampı İrana sanksiya tətbiq etməkdən çəkindirə bilər.
Buna səbəb odur ki, Tramp noyabr ayından etibarən İran neftinə qarşı tətbiq edəcəyi sanksiyaları Səudiyyənin neft ixracatı ilə tənzimləyəcəyini düşünüb.

O, qlobal olaraq qiymətləri yüksəltmədən neftin dövriyyəsini təmin etmək və İran körfəzində İranı mühasirəyə almaq üçün Səudiyyə hökumətinə güvənirdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin noyabrında İrana qarşı, xüsusən, neft sahəsində sanksiyalar tətbiq edəcəklərini açıqlamışdı.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR