Arda Turan FETÖ istintaqına cəlb olundu

18.10.2018 10:08

Futbolçular haqqında FETÖ araşdırması başlanıb.

"Vatan” qəzeti xəbər verir ki, Türkiyənin tanınmış futbolçuları ilə bağlı başlanmış FETÖ istintaqında Arda Turanın da adı var.

İstintaqı aparan prokurorluq tanınmışların ifadələrin alınıb-alınmayacağı ilə bağlı qərar verəcək.

Şübhəlilər ifadələrində Emre Belözoğlu da olmaqla bir sıra futbolçunun adını vermişdilər.

Qeyd edək ki, bundan əvvəl də keçmiş futbolçular Bəkir İrtegün, Uğur Boral, Zəfər Biryol, Ərsin Gürələr, İsmayıl Şəngül və keçmiş qapıçı Ömər Çatkıç haqqında terrorizmlə əlaqəli olaraq 22 il yarım həbs cəzası istənmişdi./AzNews.az

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR