Kerçdə törədilmiş partlayışın təşkilatçısı intihar edib

17.10.2018 17:10

Kerçdə, politexnik kollecində törədilmiş partlayışın təşkilatçısı, dördüncü kurs tələbəsi, 18 yaşlı Vladislav Roslyakov intihar edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı "Rossiya 24” telekanalının efirində Krımın başçısı Sergey Aksyonov verib. Şübhəli bilinən tələbənin meyiti kollecin kitabxanasında aşkar edilib.

Politexnik kollecində partlayış nəticəsində 18 nəfər həlak olub, təqribən 50 adam zərər çəkib. İçi metal əşyalarla doldurulmuş qurğu yeməkxanada işə salınıb

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR