Əhvaz terrorunun təşkilatçısı məhv edildi

17.10.2018 12:58

Sentyabrda İranın Əhvaz şəhərində parad zamanı törədilən terrorun təşkilatçısı İraq Təhlükəsizlik Qüvvələri tərəfindən məhv edilib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu elan edib.

Məlumatda deyilir ki, İraq Təhlükəsizlik Qüvvələri Diyala şəhərində keçirdikləri xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının səhra komandiri Əbu Zaha və 4 terrorçu məhv edilib. Əhvaz terrornun təşkilatçısı da məhz bu komandir olub.

Xatırladaq ki, sentyabrın 22-də Əhvaz şəhərində hərbi parad zamanıterror aktıhəyata keçirilmişdi. Belə ki, tribuna arxasında gizlənən silahlı şəxslər dinc sakinlərə atəş açmışdı. Nəticədə1-i uşaq olmaqla 29 nəfər həlak olmuş, 60 nəfər isə yaralanmışdı.

Röyters-in məlumatına görə terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İranda baş verən faciə ilə bağlı danışan Ali lideri Ayətullah Seyid Əli Xameneibildirib ki, törədilən terror aktının arxasında ABŞ-la əl-ələ verən dövlətlər durub və onlar bununla bölgədə hədəflərinə çatmaq istəyirlər: "Əhvazdakı dəyərli vətəndaşlarımızın şəhid olduğu və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran xalqnın düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir"./faktxəbər

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR