Qaşıqçı skandalında şok gəlişmə: vəliəhdin də adı çəkildi

17.10.2018 11:42

ABŞ mətbuatı Qaşıqçıdan yazır.

XəzərXəbər xəbər verir ki, ABŞ-ın "The Washington Post” və "The New York Times” qəzetləri Camal Qaşıqçının itkin düşməsi ilə bağlı şübhəli bilinən şəxslər haqqında məlumat yayıblar.

"The Washington Post” qəzeti Qaşıqçını öldürmüş qrupdan yeddi nəfərin pasport bilgilərini paylaşıb.

"The New York Times” qəzeti isə Türkiyənin jurnalistlə bağlı cinayətdə şübhəli bilinənlərdən beş nəfərinin kimliyini açıqladığını yazıb.

Onlardan Mahir Əbdüləziz Mütrəb 2017-ci ildə Səudiyyə Ərəbistanının London səfirliyinə təyin olunmuş diplomatdır və böyük ehtimalla ərəb şahzadəsinin mühafizəçisi olaraq onunla birlikdə müxtəlif yerlərə gedib.

Əbdüləziz Məhəmməd Əl-Həvsavi də vəliəhd Məhəmmədlə birlikdə səyahət etmiş təhlükəsizlik qüvvələrindəndir.

Digər şübhəli Thaar Qalib Əl-Hərbinin Səudiyyə krallıq mühafizəsində vəliəhdin Ciddədəki sarayının qorunmasında şücaət göstərdiyi və təltif olunduğu bildirilir.

Məhəmməd Səəd Əl-Zəhrani adlı şübhəli də krallıq mühafizəçilərindəndir.

Doktor Salah Əl-Tubaigi isə eskpertiza mütəxəssisidir.

"The New York Times” qəzeti Ərəbistanda belə yerlərə gələ bilmək üçün "yuxarı”larla birbaşa əlaqədə olmağın vacibliyini vurğulayıb.

Bununla da Camal Qaşıqçının öldürülməsində vəliəhd Məhəmməd ibn Salmanın da rolu olduğundan şübhə edilir.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR