Jurnalisti öldürən şəxsin adı açıqlandı - Baş konsul ölkədən qaçdı

17.10.2018 10:09

Camal Kaşıkçı öldürülərək cəsədi hissələrə ayrılıb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda ərəb jurnalisti Camal Kaşıkçını qətlə yetirən şəxsin adı açıqlanıb.

Bu iddia ilə "Al Jazeera” telekanalı çıxış edib. İddiaya görə onu öldürən tibbi ekspertiza mütəxəssisi Salah Məhəmməd Əl-Tubaigidir.

"CNN International” isə iddia edib ki, Camal Kaşıkçı öldürülərək cəsədi hissələrə ayrılıb.

"Associated Press” xəbər agentliyi adını gizli saxlayan Türkiyə rəsmisinə istinadən bildirir ki, konsulluqda araşdırma 9 saat davam edib və Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd Uteybi bu gün Türkiyə vaxtı ilə saat 17:00-da ölkəsinə yollanıb. (Yenicag.az)

© xezerxeber.az

FOTOQALERIYA






131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR