Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Jurnalisti öldürmək üçün bunu MƏŞQ EDİBLƏR: tükürpədici İDDİA - FOTO

15.10.2018 14:22

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı daha bir tükürpədici məqam üzə çıxıb.

"Sabah” nəşri xəbər verir ki, öldürüldüyü iddia olunan səudiyyəli jurnalistin oradan aparılması üçün istifadə olunan mikroavtobus bir gün əvvəl sınaq məqsədiylə konsulluğun qarajına yerləşdirilib.

Bu informasiya isə jurnalistin aradan götürülməsi əməliyyatının öncədən planlaşdırıldığı barədə iddiaları gücləndirmiş oldu.

Daha əvvəl ABŞ-ın "Vaşinqton Post” nəşri iddia etmişdi ki, ABŞ kəşfiyyatının əlinə keçən səs yazılarına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Camal Qaşıqçının bəzi vədlərlə ölkəyə dönməsinin təmin edilməsi, daha sonra isə həbs olunması barədə əmr verib.

"Anadolu” agentliyinin xəbərində isə deyilir ki, son 4 aydır şahzadəyə yaxın səlahiyyətlilər Qaşıqçıya zəng edərək Səudiyyə Ərəbistanına dönməsi halında, xüsusi mühafizə və yüksək vəzifələr təklif ediblər. Bu haqda jurnalistin bəzi yaxınları bildiriblər.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur./publika.az

© xezerxeber.az


366 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR