Pompeo Pxenyanda ŞOK KEÇİRDİ: Kim Çen...

15.10.2018 14:17

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In 1950-1953-cü illər Koreya müharibəsinin dayandırılması haqqında rəsmi bəyannamə imzalanmadan yoxlamaların keçirilməsi üçün nüvə obyektlərinin siyahısını ABŞ-ın dövlət katibi Mayk Pompeoya verməkdən imtina edib.

Bu haqda adsız mənbələrə istinadən Yaponiyanın "Yomiuri” qəzeti bildirib.

Mənbələrin məlumatlarına görə, Pompeo heç olmasa obyektlərin bir hissəsinin siyahısını verməyi xahiş edib. Kim Çen In guya cavab verib ki, Vaşinqtonla münasibətlərin olmadığı bir şəraitdə, siyahını versələr də, ABŞ ona inanmayacaq.

"Belə alına bilər ki, məlumatları yenidən tələb edəcəklər. Onda mübahisə yaranacaq”, - "Yomiuri” Kim Çen İnın sözlərini sitat gətirib.

KXDR lideri vurğulayıb ki, denuklearizasiya üçün hər şeydən əvvəl Vaşinqton və Pxenyan arasında etibarı inşa etmək lazımdır.

Qeyd edək ki, Mayk Pompeo Pxenyana ötən həftənin bazar günü səfər edib. Məlumata görə, səfərin əsas hədəfi ABŞ-KXDR liderlərinin ikinci sammitinə hazırlıq idi.

ABŞ prezidenti Donald Tramp səfər ərəfəsində elan edib ki, onun Şimali Koreya lideri ilə ikinci görüşü çox yaxın vaxtda keçiriləcək.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənədi imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.

Xüsusi halda, Amerika prezidenti Koreya yarımadasında müharibə vəziyyətinin ən sürətli şəkildə dayandırılmasına nail olmağa söz verib./publika.az

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR