Merkel çətin vəziyyətə düşdü

15.10.2018 11:43

Angela Merkel gözlənilməz vəziyyətlə üz-üzədir.

Bazar günü Bavariyada keçirilmiş seçkidə Federal Kansler Angela Merkelin lideri olduğu Xristian Demokrat Birliyinin (CDU) ortağı Xristian Sosial Birlik (CSU) 1962-ci ildən bəri ilk dəfə əyalət parlamentindəki çoxluğunu itirib.

Almaniyada koalisiyanın tərəflərindən olan Sosial Demokrat partiyası (SPD) isə 10%-dən də az səslə 5-ci yerdə qərarlaşa bilib.

Partiya sədri Andrea Nahles isə uğursuzluğun səbəbinin hökumət ortaqları arasındakı mübarizə olduğunu deyib.

"BBC Almaniya”nın müxbiri Cenni Hill ölkə siyasətinin gedişatının 28 oktyabrda Hesse əyalətində keçiriləcək seçkiyə bağlı olduğunu iddia edib./AzNews.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR