Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ərdoğan BMT-ni tənqid etdi: “Dünya “5”dən böyükdür”

25.09.2018 22:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

XəzərXəbər "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb:

"BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya "5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.

Türkiyə prezidenti zülmə məruz qalan Fələstini daima müdafiə edəcəklərini sözlərinə əlavə edib:

"Fələstinlilərə tətbiq olunan zülmə səs çıxartmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır. Bütün dünya üz çevirsə də, məzlum fələstinlilərin yanında olmağa, ilk qibləmiz Qüdsün tarixi və hüquqi statusuna sahib çıxmağa davam edəcəyik”.

© xezerxeber.az


215 dəfə oxunub

ÇOX OXUNANLAR