İsrail Suriyaya zərbələri davam etdirəcək

23.09.2018 22:06

İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib ki, Rusiyanın Suriya hava məkanının bağlanmasına dair planları rəsmi Təl-Əvivin regiondakı taktikasına təsir göstərməyəcək.

Bu barədə nazir "Kan” radiostansiyasına müsahibəsində bildirib.

Liberman onu da bəyan edib ki, ölkəsi İranın İsrailə qarşı təcavüzü üçün Suriya ərazisindən istifadəsinə imkan verməyəcək.

O həmçinin qeyd edib ki, Rusiya ilə mübahisə etmək fikrindən uzaqdır.

Nazir bildirib ki, Rusiyanın İl-20 təyyarəsinin vurulmasına görə məsuliyyət tamamilə Suriya prezidenti Bəşər Əsədin üzərinə düşür.

Xatırladaq ki, kəşfiyyatçı İl-20 təyyarəsi sentyabrın 18-ə keçən gecə Aralıq dənizi sahillərində vurulub.

© xezerxeber.az


371 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR