Çin İsveç TV kanalından üzr istəməsini tələb edir

23.09.2018 13:57

Çinin Stokholmdakı səfirliyi İsveçin ictimai televiziyası olan SVT kanalına Çini və çinliləri təhqir etdiyinə görə etirazını bildirib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin İsveçdəki səfirliyinin yaydığı məlumatda SVT kanalının aparıcısı Cesper Rondalın efirdə Çini və onun xalqını təhqir edən ifadələr işlətdiyi qeyd olunur. Çin səfirliyi buna dərin təəssüfünü və etirazını bildirib.

Bildirilir ki, SVT kanalı və aparıcı açıq-aşkar formada çinliləri və başqa millətləri hədəf alan rasizm və ksenefobiya nümayiş etdirib, habelə nifrəti və qarşıdurmanı təbliğ edib. Bundan başqa, proqramda Tayvan adası və Tibetin bir hissəsi Çinin sərhədləri daxilində təqdim edilməyib ki, bu da ölkənin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaqdır.

Çin tərəfi SVT kanalından dərhal üzr istəməsini tələb edib.

© xezerxeber.az


378 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR