Dəhşətli faciədə qurbanların sayı 209 nəfərə çatıb

23.09.2018 11:51

Xəbər verdiyimiz kimi, Şərqi Afrikada Tanzaniya, Keniya və Uqandanın sərhədində yerləşən Viktoriya gölündə gəmi qəzası baş verib.

Gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

Milli.Az bildirir ki, şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

Xilasedicilərdən başqa, yüzlərlə könüllü itkin düşənlərin axtarışına çıxıb.

Qeyd edək ki, gölün Tanzaniya tərəfində analoji fəlakətlər tez-tez baş verir. 2012-ci ildə Zanzibar adasında gəminin batması nəticəsində 145 sərnişin boğulmuşdu.

2011-ci ildə isə Zanzibar sahillərində 200 adam ölmüşdü. 1996-cı ildə ölkənin tarixində ən ölümcül fəlakət qeydə alınıb. Gəmi qəzası nəticəsində 500-dən çox insan həyatını itirmişdi.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR