27 il həbsxanada boşuna cəza çəkdi - GÖZLƏNİLMƏZ BƏRAƏT

22.09.2018 11:09

ABŞ-da törətmədiyi cinayətə görə 27 il cəza çəkən Valentino Dikson azadlığa buraxılıb.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bu barədə "Golfworld" jurnalı məlumat yayıb.

Bildirilir ki, Dikson dava və atışmanın baş verdiyi əyləncə mərasimində olub. Diksonun sözlərinə görə, o, toqquşmada iştirak etməyib və hadisə yerini tərk edib. Həmçinin bildirib ki, atışmada 17 yaşlı yeniyetmənin öldürülməsindən xəbərsiz olub.

Diksonun anasının sözlərinə görə, ailə üzvləri Valentinonun polis tərəfindən axtarıldığını onun dostları vasitəsilə biliblər. Bir qədər sonra asayiş keşikçiləri onların evinə gəlib və Diksonu həbs ediblər.


© xezerxeber.az

FOTOQALERIYA






138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR