ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

18.09.2018 23:15

ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin tərəfindədir və bölgədə təhlükəsizliyin bərqərar olmasında maraqlıdır.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Vaşinqtonda senator, Senatdakı çoxluğun lideri Con Korn ilə görüşündə səslənib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ABŞ ilə Gürcüstan arasında əməkdaşlıq, siyasi münasibətlərin daha da möhkəmləndirilməsi, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin perspektivləri, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

M.Baxtadze ABŞ-ın 2019-cu ildə Gürcüstana ayrılan yardımın 105 milyon dollardan 125 milyon dollaradək artırılmasındakı dəstəyinə görə C.Korna minnətdarlıq edib.

© xezerxeber.az


357 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR