Ermənistan ordusunda daha bir insident baş verib

18.09.2018 17:23

İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrinin birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.

Xezerxeber.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, 15-ci bölükdə xidmət edən Tigran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb.

Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu T.Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib.

Hadisə ilə bağlı hərbi polisdə cinayət işi açılıb. Fakt ictimaiyyətdən gizlədilsə də istintaq aparılır.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR