Qaraçıya işgəncə verənlər həbs ediləcəklər

18.09.2018 12:32

Çexiya Təhlükəsizlik Qüvvələrinin Baş İnspeksiyası (GİBS) 32 yaşlı qaraçıya qarşı zorakılıq hərəkətləri barədə işi təhdid edir. İnspeksiyanın rəhbəri Radim Draqoun "Çex televiziyası”na müsahibədə bildirib ki, Çeske Budeyovitse şəhərindən olan iki polis işçisi bir qaraçını saxlayaraq əl-ayağı bağlayıb ona işgəncə verməkdə şübhəli bilinir. Onlar qaraçını hədələyəndən və ona fiziki təzyiq göstərəndən sonra o, əslində törətmədiyi cinayəti boynuna alıb.

AZƏRTAC xəbər verir ki, keçən həftə hər iki polis əməkdaşına saxlanılmış şəxslə qeyri-insani rəftar etməkdə və ona işgəncə verməkdə ittiham təqdim olunub. Şübhəli şəxslər istintaq müddətində inzibati cəza kimi məcburi işə cəlb edilib. Bu şəxslərin təqsiri sübut edilərsə, onları iki ildən səkkiz ilə qədər həbs cəzası gözləyir.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR