Kanadada həkim böhranı: 56 səudiyyəli tibb işçisi geri çağırıldı

21.08.2018 15:11

Kanada ilə Səudiyyə Ərəbistanı arasındakı böhran Kanada xəstəxanalarında həyata keçirilən əməliyyatlarda problemlər yaradıb.

Səudiyyə 56 səudiyyəli tibb işçisini ölkəyə geri çağırıb. Kanadanın Nova Skotiya ştatının səhiyyə şöbəsinin müdiri Mark Teylor bildirib ki, ortopediya, kardiologiya və nevrologiya şöbəsindən olan həkimlər ölkəni tərk etdiyi üçün onların yerini əvəzləmək lazımdır, lakin məsələnin həlli qısa müddətdə mümkün deyil. Ştatdakı 23 ortopediya cərrahından 10-u, 9 ürək cərrahından 4-ü və cərrahiyyə şöbəsində çalışan digər 24 həkimin Səudiyyə Ərəbistanından olduğunu və onların yerlərinin boş qaldığı bildirilir. Teylorun sözlərinə görə, Kanadadakı digər tibb müəssisələrində də oxşar vəziyyət yaranıb.

Qeyd edək ki, insan haqqları uğrunda mübarizə aparan Səudiyyə Ərəbistan əsilli, Kanada vətəndaşı olan bloqqer Raif Bədəvi və onun bacısı Səmar Bədəvi Riyadda həbs edilib. Hadisə Kanadanın xarici işlər naziri Kristia Frilənd tərəfindən tənqid edilmiş, həmin şəxslərin azad olunması tələb edilmişdi. Kanadanın bu mövqeyi Səudiyyənin sərt etirazı ilə qarşılandı və rəsmi Riyad Kanada ilə əvvəlcə diplomatik, daha sonra isə bütün əlaqələri kəsdi./Qaynarinfo

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR