Lavrov BMT-nin Suriya üzrə gizli əmrini ifşa etdi

20.08.2018 17:03

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibliyi təşkilatın strukturlarına Suriyada siyasi keçid dövrünədək bu ölkənin bərpasında iştirakı qadağan edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, BMT öz əməkdaşlarına bu təlimatı gizli şəkildə verib.

"BMT baş katibliyinin siyasi departamenti hələ ötən ilin oktyabrında bu cür gizli təlimat dərc edərək BMT-nin bütün sistemi üzrə paylayıb. Həmin təlimatda BMB sisteminə daxil olan bütün strukturlara Suriya iqtisadiyyatının bərpası üzrə hansısa layihələrdə iştirak etmək qadağan edilib”, – deyə Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.

XİN rəhbəri qeyd edib ki, BMT Suriyaya yalnız humanitar yardım göstərilməsinə icazə verib, gizli təlimata uyğun olaraq, başqa heç bir kömək edilə bilməz.

© xezerxeber.az


306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR