Şanxayı fırtına vurdu, 53 min insan...

17.08.2018 15:38

Məlumata görə, 53 min nəfər təxliyə edilib, 2500 gəmi limanlara sığınıb

"Rumbiya" tropik fırtınası Şanxayı vurdu. Bu yay mövsümündə şəhərə hücum edən sayca 18-ci fırtınadır. Fırtına hava və dəmiryollarını sıradan çıxarıb.

Məlumata görə, 53 min nəfər təxliyə edilib, 2500 gəmi limanlara sığınıb.

Leysan yağışlarının ayın 18-nə kimi davam edəcəyi gözlənilir. Şəhərdə güclü külək müşahidə edilir.

Hakimiyyət daşqın ehtimalı səbəbindən təhlükə səviyyəsinin artdığını elan edib.

Xatırladaq ki, avqustun əvvəlində "Condari" tropik fırtınası Şanxayı vurmuşdu. Bu zaman 130 mindən çox insan sığınacaqlara evakuasiya edilmişdi./sputnik

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2018 17:21

Bu gecə saat 05:54-də...

ÇOX OXUNANLAR