NASA TARİXİ GÖRÜNTÜLƏR əldə etdi - 15 000 qalaktika EYNİ ANDA...

17.08.2018 15:15

Amerikanın Aviasiya və Kosmos İdarəsi (NASA) "Hubble” kosmik teleskop vasitəsilə tarixi görüntülər əldə edib.

"Hubble” bu günə qədər görüntülənməmiş ən əhatəli qalaktika panaramalarından birini yaddaşına yazıb.

Teleskopun ultra-bənövşəyi kameraları vasitəsilə təsbit edilən 15 000 qalakatika eyni fotoda görüntülənib. Bu qalaktikalardan bəziləri 11 milyard il öncə yaranıb. Bəziləri isə 12 000-dən çox ulduz doğurur.

NASA-nın Avropa Kosmos Agentliyi və Kosmos Teleskopu Elmi İnsitutu ilə ortaq ərsəyə gətirdiyi "Hubble” 1990-cı ildən etibarən dünyanın ətrafında kosmos müşahidələri aparır./publika.az

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR