Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İranda 5,7 bal gücündə zəlzələ olub

22.07.2018 12:46

Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.
Qeyd edək ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub, 600-dən çox insan ölüb.

© xezerxeber.az


211 dəfə oxunub

ÇOX OXUNANLAR