Vyetnamda daşqınlar nəticəsində 20 nəfər ölüb

22.07.2018 11:06

Vyetnamda "Son-Tin” tufanı ilə əlaqədar yaranmış daşqınlar və torpaq sürüşmələri nəticəsində 20 nəfər ölüb, 14 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb.

AZƏRTAC Vyetnamın yerli mətbuatına istinadla xəbər verir ki, tufan ölkənin Yenbay vilayətinə daha çox ziyan vurub, orada 600 ev dağılıb, 10 nəfər həlak olub. Təbii fəlakətlə əlaqədar vilayətə kömək üçün 6,5 min hərbi qulluqçu cəlb edilib.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR