Yaponiyada isti hava bir gündə 13 nəfərin ölümünə səbəb olub

22.07.2018 09:55

AZƏRTAC Kyodo agentiliyinə istinadla xəbər verir ki, iyulun 21-də Yaponiyada isti hava səbəbindən 13 nəfər dünyasını dəyişib.

Həmin gün ölkə ərazisinin böyük bir hissəsində 35 dərəcə selsidən yuxarı istilər qeydə alınıb. Ölkənin keçmiş paytaxtı Kiotoda termometrlərin civə sütunu 38 dərəcə selsidən yuxarını göstərib. Nəticədə yeddi nəfər dünyasını dəyişib. İsti hava səbəbindən qonşu prefekturalarda daha altı nəfərin öldüyü bildirlir.

İnsanların çoxlu sayda və kütləvi şəkildə xəstəxanalara yerləşdirilməsi barədə məlumatlar daxil olmaqda davam edir. Bunun əsasən məktəblərdə təşkil edilən idman məşğələləri ilə bağlı olduğu bildirilir. Belə ki, Şizuoka və Qifu prefekturalarında bir neçə məktəbli idman məşğələsindən sonra günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Meteoroloqların proqnozuna görə, müsbət 35 dərəcə selsidən yuxarı istilər hələ bir neçə gün davam edəcək. Sakinlərə küçədə az qalmaq, çoxlu su və duz qəbul etmək tövsiyə olunur.

© xezerxeber.az


186 dəfə oxunub

ÇOX OXUNANLAR