Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

20.07.2018 13:38

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir. Bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.

Məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılır.

Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR