Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Putin Ərdoğanı təbrik etdi

25.06.2018 17:05

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana şəxsən zəng edərək, onu 24 iyun prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının nümayəndələri məlumat yayıb.

Telefon söhbəti zamanı hər iki lider Türkiyə-Rusiya arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı qərarlı olduqlarını, həmçinin başda Suriya olmaqla, regional məsələlərdə əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ötən gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib. Prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyip Ərdoğan 52,6 faiz səslə qələbə qazanıb. Müxalif Cumhuriyyət Xalq Partiyasının namizədi Muharrəm İncə isə 30 faiz səslə ikinci yerdə qərarlaşıb.

© xezerxeber.az


498 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR